Maştağada avtomobil işıq dirəyini aşırıb: Onlarla ev işıqsız qalıb
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində elektrik enerjisinin verilməsində problem yaranıb.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə məlumat daxil olub.
Bildirilib ki, bu gün səhər saatlarından qəsəbənin Ülvi Rəfiyev küçəsində elektrik enerjisinin verilməsi dayandırılıb.
Məsələ ilə bağlı sorğunu cavablandıran "Azərişıq" ASC-dən bildirilib ki, elektrik enerjisinin kəsilməsinə səbəb yol-nəqliyyat hadisəsi olub.
Qurumdan verilən məlumata görə, avtomobil işıq dirəyinə çırpılıb və nəticədə, dayaq aşıb.
"Hazırda əməkdaşlarımız hadisə yerində bərpa işləri aparırlar. Ərazinin böyük hissəsinə artıq elektrik enerjisinin verilməsi bərpa olunub. Təxminən 20-30 ailənin yaşadığı əraziyə isə qısa müddət ərzində yenidən enerji veriləcək", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Ərinin boğazını bıçaqla kəsdi – ŞOK hadisənin DETALLARI
Arvadı canına qəsd etdiyini deyirdi, polis qətl olduğunu müəyyən etdi... Qadın ərinin boğazını bıçaqla kəsərək qətlə yetirib... BAKU.WS Xəzər TV-yə istinadən xə...