Maştağa və Bilgəh bağlarından oğurluq edən şəxs saxlanıldı
25
dek
2025
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Sabunçu rayonunda evlərdən silsilə oğurluq hadisəsi baş verib.
BAKU.WS-in məlumatına görə, naməlum şəxs müxtəlif vaxtlarda rayonun Maştağa və Bilgəh qəsəbəsindəki bağ massivlərindən 1160 manat nağd pul, 2875 manat dəyərində məişət, təmir-tikinti alətləri və 800 manatlıq qızıl-zinət əşyalarını talayıb.
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 49 yaşlı İsmayıl Nuriyev müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Vəzifəli şəxs qəfil öldü
Zərdab Uşaq-Gənclər İnkişaf Mərkəzinin müdiri Vətalət Mehdiyeva vəfat edib. BAKU.WS xəbər verir ki, V.Mehdiyeva qəfil dünyasını dəyişib.