Maskalı şəxslər gəncin başını dizinə bağlayaraq kanala atıblar - VİDEO

Maskalı şəxslər gəncin başını dizinə bağlayaraq kanala atıblar - VİDEO
Video
Hadisə 1154
Maskalı şəxslər gənc oğlanı döyərək kanala atıblar.Hadisə Lənkəranın Ləj kəndində törədilib. 20 yaşlı Pərviz Köçəriyev axşam saatlarında ailəsinə məxsus örüş sahəsindən mal-qaranı gətirməyə gedib. Bir neçə saat sonra heyvanların evə Pərvizsiz gəldiyini görən atası ona bir neçə dəfə zəng etsə də, cavab verən olmayıb. Oğlundan nigaran qalan ata dərhal örüş sahəsinə üz tutub. Evdən bir neçə kilometr aralıdakın sahədə Pərvizin gödəkçəsini tapıb. Özünü isə meşəlik ərazidəki kanalda aşkarlayıb.Atası Pərvizin əl-ayağını açdıqdan sonra oraya çağrılan təcili tibbi yardım maşını ilə onu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Ağır kəllə-beyin travması alan gənc bir neçə saatdan sonra ayılıb və üzünü görə bilmədiyi 3 nəfər maskalı şəxs tərəfindən döyüldüyünü deyib.Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda maskalı şəxslər gəncin başını dizinə bağlayıb kanala atdılar - FOTO

Azərbaycanda maskalı şəxslər gəncin başını dizinə bağlayıb kanala atdılar - FOTO

Lənkəranda üç maskalı şəxs 20 yaşlı gənci döyüb.BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, dünən 1999-cu il təvəllüdlü, Ləj kənd sakini Pərviz Cümşüd oğlu Köçə...

1778 Hadisə 11:14 28 sentyabr 2019

Son xəbərlər