Maşının içində özünü dəm qazı ilə BOĞDU - Azərbaycanda GÖRÜNMƏMİŞ İNTİHAR
06
dek
2024
11:33
Azərbaycanda qeyri-adi intihar hadisəsi olub.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə ötən gecə saat 12 radələrində Sabirabad rayonu Nərimankənd kəndində baş verib.
Qəhrəmanlı Məmmədxan Şamo oğlu yaşadığı evin həyətində saxladığı özünə məxsus olan "VAZ 2106" markalı avtomobilin mühərrikini işə saldıqdan sonra, avtomobilin susdurucusuna (qluşitel) rezin borunu birləşdirib. Həmin borunu arxa qapının şüşəsindən içəri salıb özü də içəridə oturaraq, bütün qapı və pəncərələri bağlayıb. O, içəri dolan tüstü nəticəsində yaranan dəm qazından zəhərlənərək ölüb.
Oxşar xəbərlər
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
Prokurorluq Kürdəmirdə şadlıq evində 92 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparır. Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat veril...