Maşında ocaq qalayan şəxs yanaraq öldü - Bakıda DƏHŞƏT
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, yanvarın 12-də Sumqayıtın Kimyaçılar qəsəbəsində avtomobildən yanmış kişi meyiti tapılıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, aparılan araşdırmalarla "Kia Sorento" markalı avtomobildə meyiti tapılan şəxsin 1986-cı il təvəllüdlü Fikrət Fikrət oğlu Həsənli olduğu müəyyən edilib.
Avtomobilin sahibi həmin şəxsi əvvəldən tanımadığını bildirib.
O, həmçinin qeyd edib ki, avtomobilini evin qarşısında saxlayıb və gecə yanğın xəbərinə küçəyə çıxıb. Bu zaman maşının salon hissəsində yanğın baş verdiyini görüb.
Ölən şəxsin cinayət qurbanı olması və ya özünün hər hansı başqa niyyətlə maşına daxil olması nəticəsində ölməsi versiyaları araşdırılır.
Hazırda prokurorluq tərəfindən zəruri ekspertizalar təyin edilib.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...