Maştağa və Biləcəridə bıçaqlanma hadisəsi olub - YENİLƏNİB

Maştağa və Biləcəridə bıçaqlanma hadisəsi olub - YENİLƏNİB
Hadisə 97

Bakının Sabunçu və Binəqədi rayonlarında bıçaqlanma hadisələri qeydə alınıb.

DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, avqustun 25-də saat 23 radələrində paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsindəki evlərin birindən 1997-ci il təvəllüdlü Zöhrab Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Qurban Muradov saxlanılıb.

Avqustun 26-da gecə saat 1 radələrində paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazində 1991-ci il təvəllüdlü Namiq Behbudova kəsici alətlə xəsarətlər yetirməkdə şübhəli bilinən Rahiz Məmmədov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.Hər iki fakt üzrə araşdırma aparılır.

***09:36

Bakıda tanışlar arasında bıçaqlanma hadisəsi olub.

BAKU.WS xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Muradov Qurban Sultan oğlu Maştağa qəsəbəsi, döngə 3 ünvanında olan zaman tanışı Məmmədov Zöhrab Zakir oğlu ilə aralarında yaranmış mübahisə nəticəsində sonuncuya bıçaqla vurub. Muradov Qurban Sultan oğlu saxlanılaraq istintaqa təhvil verilib.

Digər bıçaqlanma hadisəsi isə Biləcəri qəsəbəsində qeydə alınıb. 1991-ci il təvəllüdlü Yevlax rayon sakini Behbudov Namiq Tanrıverdi oğlu Biləcəri qəsəbəsi, Dəyirman yolunda yerləşən "Turan” marketin yaxınlığında bir ədəd daxilə nüfuz edən bıçaq xəsarəti alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə törədən şəxsin Məmmədov Rahiz Rafiq oğlu olduğu müəyyən edilərək saxlanılıb. Hər iki fakt üzrə araşdırma aparılır.

Son xəbərlər