Maştağa qəsəbə sakininin evində narkotik vasitələr və soyuq silahlar aşkarlanıb

Maştağa qəsəbə sakininin evində narkotik vasitələr və soyuq silahlar aşkarlanıb
Hadisə 147

Respublikanın daxili işlər orqanları cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan A.Novruzovun evinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində 4 kiloqramdan artıq marixuana, həmçinin heroin, tiryək, çətənə kolunun hissələri, bir beşbarmaq və kəsici alət aşkarlanaraq götürülüb.

Faktla əlaqədar araşdırmalar davam edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər