Masazırda torpaq qalmaqalı: "Anamın adına olan sahəni başqalarına satıblar"
Abşeron rayonunun Masazır kəndində vətəndaşa məxsus torpaq sahəsinin başqa şəxslərə satıldığı iddia olunur.
Baku TV-nin qaynar xəttinə müraciət edən İbad Adıgözəlov bildirib ki, 30 sot torpaq sahəsi 2006-cı ildə anası və digər ailə üzvləri tərəfindən alınıb, daha sonra ərazi hasara alınıb.
İbad Adıgözəlov qeyd edib ki, bir müddət sonra əraziyə gəldikdə hasarın dağıdıldığını və torpaq sahəsində ev tikintisi üçün bünövrə qazıldığını görüblər.
Onun sözlərinə görə, tikinti aparmaq istəyən şəxslər torpağı bələdiyyədən pul ödəyərək aldıqlarını və müvafiq sənədlərə sahib olduqlarını bildiriblər:
"Torpaq sahəsinin bir neçə hissəyə bölünərək başqa şəxslərə satıldığını öyrəndik. Hazırda vəfat edən anama və dayım oğluna məxsus torpaq sahəsində ev tikmək istəyirlər. Aidiyyəti qurumlardan məsələnin araşdırılmasını istəyirik".
Oxşar xəbərlər
Yevlaxda ədavət qətllə bitdi: "Qardaşıma 18 dəfə atəş açıb"
Yevlax rayonunda ölümlə nəticələnən silahlı insident baş verib. Hadisə iyulun 23-də rayonun Hacıselli kəndində qeydə alınıb. Məlumata görə, aralarında yaranan m...