Masazırda şirkət əməkdaşı asılmış vəziyyətdə aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Gecə saatlarında Abşeron rayonunda intihar hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, hadisə Masazır qəsəbəsində yerləşən qida sənaye şirkətlərindən birində yaşanıb.
Belə ki, şirkət əməkdaşlarından biri, əslən Tərtər rayonundan olan İxtiyar adlı şəxs xidməti otağında özünü asaraq intihar edib.
Onun meyiti səhər saatlarında digər işçilər tərəfindən aşkarlanıb.
Dərhal əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Əldə etdiyimiz məlumata görə, meyit aşkarlanarkən ayaqları döşəmədə olub və meyiti aşkarlayan şəxslər hadisənin qəsdən törədildiyini iddia ediblər.
Hazırda faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda icra başçısının imarətində asılmış meyit AŞKARLANDI
Bakının Mərdəkan qəsəbəsində, Köhnə Qoşa Qala restoranın arxasında yerləşən dəbdəbəli imarətlərdən birində asılmış vəziyyətdə kişi meyiti aşkar olunub. Mayın 5-...