Masazırda gənc oğlanın intihara cəhd etməsinin səbəbi bəlli oldu - YENİLƏNİB - VİDEO

Masazırda gənc oğlanın intihara cəhd etməsinin səbəbi bəlli oldu - YENİLƏNİB - VİDEO
Video
Hadisə 361

Abşeronda gəncin intihara cəhd etməsinin səbəbi məlum olub.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, gəncin sevdiyi qızın ona xəyanət etməsi səbəbi ilə intihara cəhd etdiyi iddia olunur.

Əraziyə hüquq-mühafizə orqanları cəlb olunub. Sevdiyi qızın xəyanətini qəbul edə bilməyən gəncin kranın üzərindən enməsi üçün hazırda danışıqlar aparılır.

*** 09:57

Abşeron rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində baş verib. Ad və soyadı hələlik bilinməyən kişi qəsəbə ərazisindəki tikinti şirkətlərinin birinə gəlib. O, burada krana çıxaraq özünü atmağa çalışır.

Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub. Onun xilas edilməsi üçün tədbirlər görülür.

Hadisənin görüntülərini təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər