Masazırda altımərtəbəli yaşayış binasında yanğın - VİDEO
24
avq
2023
20:12
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunun Masazır qəsəbəsində altımərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.
FHN-dən BAKU.WS-ə verilən məlumata görə, binanın 4-cü mərtəbəsində ümumi sahəsi 75 m² olan 2 otaqlı mənzilin mətbəxində 2 m² sahədə məişət əşyaları yanıb.
Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 12 m² sahədə əriyib.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Yasamalda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB + FOTO/VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verm...