Masazırda ağlasığmaz hadisə - Uşaqların gözü önündə yük maşını ilə itləri əzdi
Yeniliklərdən dərhal xəbərdar olun
Masazırda yaşayış komplekslərinin birinin həyətində itlərin ölümü ilə nəticələnən hadisə baş verib.
Bu barədə həyət sakinləri BAKU.WS-in "qaynar xətti"nə bildiriblər. Qeyd edilir ki, Sabah stadionun yanında yerləşən yaşayış kompleksinin həyətində "Ford" markalı avtomobil yolda dayanan itləri vurub. İtlər yük maşının təkərləri altında can veriblər. Nəticədə bir neçə it ölüb.
Hadisə həyətdə azyaşlı uşaqların gözü qarşısında baş verib.
Hadisənin görüntülərini təqdim edirik.
Qeyd edək ki, ürəyi xəstə və psixoloji durumu sağlam olmayanlar, eləcə də uşaqların videoya baxması məsləhət görülmür.
Oxşar xəbərlər
Göygöldə evdən meyit tapıldı
Göygöl rayonunda yaşlı kişinin meyiti tapılıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb. Belə ki, 1964-cü il təvə...