Masallıdakı bazarda baş verən güclü yanğın məhdudlaşdırılıb - VİDEO - YENİLƏNİB

Masallıdakı bazarda baş verən güclü yanğın məhdudlaşdırılıb  - VİDEO - YENİLƏNİB
Video
Hadisə 4

Masallı şəhərində bazar ərazisində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb.

Bu barədə BAKU.WS-ə FHN Mətbuat xidmətinfən məlumat verilib.

Qeyd olunub ki, bazar ərazisində yanğın baş verib və dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri hadisə yerinə cəlb olunub. FHN-in qüvvələri görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğını məhdudlaşdırıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

*** 16:35

Masallıda bazarın qəsdən yandırıldığı iddia edilir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə bazarın yeni sahibi Afər Cahangirov deyib.

O, qeyd edib ki, bazarın əvvəlki sahibi ilə aralarında narazılıqlar olub. Bazara təyin olunduqdan sonra qanunsuzluqlara son qoymağa çalışıb, bu isə satıcılarla yeni problemlər yaradıb.

"Çox güman ki, yanğın qəsdən törədilib", - vurğulayıb.

***15:52

Masallı rayonu ərazisində, ticarət mərkəzində güclü yanğın başlayıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilir ki, hadisə yerinə xeyli sayda yanğınsöndürmə briqadası cəlb edilib. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə bildirilib ki, FHN-nin "112" qaynar telefon xəttinə Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər