Masallıda şəhid atası maşınla adam vurdu - Ölən qazi atasıdır
25
yan
2026
12:24
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Masallı rayonunda piyada ölümü ilə nəticələnən qəza baş verib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Çaxırlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü Zahid İbrahimov idarə etdiyi "VAZ 2106" markalı avtomobillə piyada 1961-ci il təvəllüdlü Həsənalı Abbasovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Araşdırma aparılır.
Sürücünün Vətən müharibəsi şəhidi Ziya Gözəlovun atası, ölənin isə qazi atası olduğu bildirilir.
Oxşar xəbərlər
14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi
Atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı yeniyetmə qızın zorakılığa məruz qaldığı bildirilir. Hazırda o, sığınacaqda qalır və ilk dəfə təhsil almağa...