Masallıda mebel fabrikində baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Masallı şəhərinin Heydər Əliyev prospekti ünvanında yerləşən mebel sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildiriblər.
Əlavə məlumat veriləcək.
***18:27
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən mebel fabrikində yanğın olması barədə məlumat daxil olub.
Bu barədə BAKU.WS FHN-ə istinadən xəbər verir.
Məlumat qəbul edilən kimi FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, yanğın ikimərtəbəli binanın birinci mərtəbəsindədir. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
FHN-dən Badamdarda dağlıq ərazidə baş verən yanğın barədə AÇIQLAMA - YENİLƏNİB - VİDEO
Məlumat verildiyi kimi, 25 iyul 2021-ci il tarixində gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Bad...