Masallıda it 3 nəfərə hücum edib, 1 nəfər ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Masallı rayonu Viləş kəndinin ərazisindəki örüş sahəsində həmin kəndin sakini Ceyhun Fərəcov kənd sakinlərindən birinə məxsus itin hücumuna məruz qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Qeyd edilib ki, ilkin məlumata görə, itin C.Fərəcovun bədəninin müxtəlif nahiyələrindən dişləməsi nəticəsində həmin şəxs ölüb.
“İt həmin vaxt orada olan Elməddin Məmmədov və Musa Kasımovu da bədəninin müxtəlif nahiyələrindən dişləyib. Həmin şəxslər Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. C.Fərəcovun ilkin ehtimala görə, it dişləməsindən ölməsi, digər iki şəxsin isə it dişləməsi diaqnozu ilə xəstəxanaya daxil olması ilə bağlı müvafiq ekspertizalar təyin edilib. Faktla bağlı araşdırma aparılır”, - məlumatda deyilir.
Oxşar xəbərlər
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərdən biri də 1993-cü ilin aprelin 18-də Kəlbəcər rayonun işğalı zamanı Başlıbel kəndində törədilib. BAKU.WS xat...