Masallıda evdən 45 min manatlıq talama cinayəti olub
Masallıda evdən 45 min manatlıq quldurluq olub.
Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, yanvarın 4-də Masallı rayonu ərazisində quldurluq cinayəti qeydə alınıb. Naməlum şəxs rayon ərazisində mənzillərdən birinə qanunsuz daxil olaraq zərərçəkəni ona xəsarət yetirəcəyi və mənzili yandıracağı ilə hədələyib. O, bu yolla evdən 33400 manat dəyərində qızıl-zinət əşyalarını, 2000 ABŞ dolları, 10500 manatı və bir ədəd mobil telefonu ələ keçirərək hadisə yerindən qaçıb.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Hüseyn Məmmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Tənha yaşayan təqaüdçünün evinə silahlı basqın etdilər - HÖKM
Gəncə Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Cəsur Cəbiyev (soyadı şərtidir) və yetkinlik yaşına çatmayan E.İsgəndərovun cinayət işi üzrə məh...