Masallıda dincəlməyə gedən gənc çayda boğulub ÖLDÜ
06
avq
2024
23:16
Masallıda çayda çimən gənc boğulub.
APA-nın məlumatına görə, Yardımlı rayonundan Masallıya (İstisu) dincəlməyə gedən 22 yaşlı Elgün Məmmədov çayda çimərkən boğularaq ölüb.
Onun meyitini ətrafdakılar sudan çıxarıblar.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
"Dedilər ki, morqdadır": İstirahətə gedən gəncin telefonuna zəng gəldi, daha sonra ölüm xəbəri - VİDEO
Balakəndə bədbəxt hadisə baş verib. Rayonun Talalar kənd sakini, 19 yaşlı Ülfət Əliyev Katex çayının Zaqatala rayonu Uzuntala kəndinin ərazisindən keçən hissəsi...