Masallıda dəhşətli qəza: Ölən və yaralananlar var

Masallıda dəhşətli qəza: Ölən və yaralananlar var
Hadisə 260

Masallı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən hissəsində baş verib.

Astara rayon sakini, 1991-ci il təvəllüdlü Rəhim Hüseynov idarə etdiyi "Mercedes" markalı 90-XB-185 dövlət nömrə nişanlı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib yolun kənarındakı beton maneəyə çırpılıb.

Hadisə nəticəsində sürücü dünyasını dəyişib, avtomobildə olan iki sərnişin isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

İlkin ehtimala görə, hadisəyə yağışlı hava şəraiti səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu

Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu

Sədərək-Binə yolunda lampa daşıyan yük maşınında yanğın baş verib. BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə zamanı yük maşınında olan lampal...

66 Hadisə 00:02 12 avqust 2026

Son xəbərlər