Masallı sakinindən qanunsuz odlu silah aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri əməliyyat tədbirləri zamanı Həsənli kənd sakini V.Ağayevdən qanunsuz olaraq saxladığı ov tüfəngi aşkar edilərək götürülüb.
Silah aidiyyəti üzrə təhvil verilib. V.Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Əvvəl arvadını, həbsdən sonra onun məşuqunu öldürdü: "Qızımı görmək istədim..." - FOTO
Şabran rayonunda ana və oğlunu qətlə yetirməkdə ittiham olunan 1986-cı il təvəllüdlü Nahid İslamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS “teleq...