Masallıda molla həbs edildi – FOTO
Masallı şəhər sakini Sərdar Babayev qanunsuz dini fəaliyyət göstərdiyinə görə həbs olunub.
BAKU.WS-in məlumatına görə, bu barədə özəl Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.
O bildirib ki, S.Babayev Masallıda pasport qeydiyyatında olsa da, əsasən Bakı şəhərində yaşayıb, lakin mütəmadi olaraq bütün bölgələrdə, o cümlədən Masallı şəhərində, qanunsuz dini fəaliyyətlə məşğul olub.
S.Heydərovun sözlərinə görə, S.Babayev barəsində Cinayət Məcəlləsinin 168-1.3.1 maddəsi ilə Masallı rayon prokurorluğunda cinayət işi başlanılıb və rayon məhkəməsinin 22 fevral 2017-ci il tarixli hökmü ilə 3 ay həbs qətimkan tədbiri seçilib:
"Cinayət Məcəlləsində nəzərdə tutulur ki, xaricdə təhsil alan şəxslər dini təbliğat, dini ayin və mərasimlərin aparılmasına rəhbərlik edə bilməzlər. Sərdar Babayev barəsində aparılan araşdırma nəticəsində məlum olub ki, o 1991-ci ildə İranın Qum şəhərində Beynəlxalq Əlmustafa Universitetinin İlahiyyat fakultəsində təhsil alıb”.
Komitə sədrinin müavini bildirib ki, S.Babayev Masallı "Cümə” məscidində dəfələrlə qanunun tələblərini pozaraq dini ayinlər icra edib:
"Bu barədə ona dəfələrlə xəbərdalıq edilməsinə baxmayaraq qanunsuz fəaliyyətini davam etdirib”.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda dini yığıncağa BASQIN: 23 nəfər saxlanıldı
Zaqatalada qanunsuz dini yığıncağın qarşısı alınıb. BAKU.WS DİN-ə istinadən xəbər verir ki, Zaqatala Rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komit...