Masaj salonundakı DƏHŞƏT: Kiçik oğlan uşaqlarının qışqırığını eşidirdim...

Masaj salonundakı DƏHŞƏT: Kiçik oğlan uşaqlarının qışqırığını eşidirdim...
Hadisə 25370

Bu ilin avqust ayında itkin düşən məktəbli qız fahişəxanadan tapılıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeniyetmə qızı öz anası tapıb. Qızın polisə verdiyi ifadəsi isə hər kəsi şoka salıb. Məktəbli qızın ifadəsinə görə, əvvəlcə onu sevgilisi zorlayıb. Yardım üçün müraciət etdiyi rəfiqəsi isə onu masaj salonuna aparıb. 

Hamısı 14-18 yaşındaydı

"Əvvəlcə sevgilim F.E razılığım olmadan mənimlə zorla cinsi əlaqədə oldu. Bu hadisədən sonra rəfiqəm H.A-ya müraciət etdim. Mənə yardım edəcəyini söyədi və bir masaj salonuna apardı. Buradan da 3 ayrı-ayrı masaj salonuna apardılar. İşçilərin hamısı 14-18 yaşlarında uşaqlar idi. Məni mütəmadi olaraq hədələyirdilər ki, ailənlə danışarsan və ya görüşsən hamısını öldürəcəyik. Həmin masaj salonunda məndən başqa 16-17 yaşlarında oğlan uşaqları, kiçik yaşda hamilə bir qız işləyirdi. Mənə və digər uşaqlara zorla "şəkər”, "mavi kəpənək”, "gold” adlı narkotik həblər verirdilər

Fəryadlarını eşidirdim

14-18 yaşlarında qız və oğlan uşaqlarını zorla fahişəliyə məcbur edirdilər. Xüsusi müştərilər çağrılırdı. Çox zəngin və tanınan müşterilər idi. Orada ancaq uşaqları işlədirlər. 19 yaşı tamam olan kimi hamısını küçəyə atırdılar. Gecə kiçik qız uşaqlarının fəryadını, ağlamalarını eşidirdim. "Edəcəksiniz , öldürərəm” deyərək hədə-qorxu gəlirdilər. Oğlan uşaqları səhərədək ağlayırdılar”, - məktəbli qız ifadəsində bildirib. 

"Ölümü gözə alaraq xilas etdim"

Gənc qız, ifadəsində üç masaj salonunun adı və ünvanıyla birlikdə onu və digər uşaqları fahişəliyə məcbur edən 7 nəfərin adını verib.

Qızın anası Y.A. isə aidiyyatı ququrmları belə şəxslərə qarşı mübarizədə sərt tədbirlər görməy, uşaqları xilas etməyə çağırıb: "Bu salonlarda uşaqları qorxudulur, ölümlə hədələyirlər. Bunlar uşaqdırlar, səslərini çıxara bilmirlər. Mən ölümü gözə alaraq qızımı qurtardım. Digər ailələr qorxudan səslərini çıxara bilmirlər. Türkiyənin paytaxtının mərkəzində belə bir rəzalət baş verir. Oğlan və qız uşaqlarına narkotik verib fahişəlik etdirirlər. Bu uşaqları qurtarın".

ƏLİ

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər