Marketə saxta pul verən qadınlar saxlanıldı
14
may
2024
14:01
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər rayonunun Türkan qəsəbəsi ərazisindəki marketlərin birində alış-veriş müqabilində satıcıya 3 ədəd 20 manatlıq saxta əsginas verilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, rayon polis idarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin əməli törətməkdə şübhəli bilinən 2 qadın müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda saxta pul hazırlayan dəstə saxlanıldı - FOTO
Ağcabədidə polislər saxta əsginas dövriyyəsində şübhəli bilinən şəxsləri saxlayıblar. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə bildirilib ki...