Maşın yaşlı qadının üzərinə aşdı: ölən və yaralanan var - VİDEO

Maşın yaşlı qadının üzərinə aşdı: ölən və yaralanan var - VİDEO
Video
Hadisə 2732
Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Məhəmməd Əsədov küçəsindəki torpaq yolda yüksək sürətlə hərəkətdə olan "BMW" markalı "10-ZP-823" dövlət qeydiyyat nişanlı minik maşını idarəetmədən çıxaraq kənarda zibil atmaq istəyən yaşlı qadının üzərinə aşıb. Hadisə nəticəsində 1951-ci il təvəllüdlü Adışova Güldəstə Səfərqulu qızı ölüb. Maşının 1990-cı il təvəllüdlü sürücüsü Əhədov İmran Səxavət oğlu xəsarət alaraq xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Son xəbərlər