Mais Bərxudarovun sürücüsü olmuş hərbçi qəzada həlak oldu
18
dek
2025
12:47
Salyanda ağır yol qəzası baş verib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ələt-Astara magistralının Kür çayı üzərindən keçən hissəsində "Lada Priora" markalı avtomobil qəzaya uğrayıb. Nəticədə Neftçala rayon Xıllı kənd sakini 37 yaşlı Zeyqəm Kamil oğlu İbrahimov həlak olub.
Bildirilib ki, Z. İbrahimov hərbçi olub. O, Vətən müharibəsində iştirak edib və ağır yaralanıb.
Zeyqəm İbrahimov daha əvvəl sabiq korpus komandiri general-leytenant Mais Bərxudarovun sürücüsü kimi də xidmət edib.
Oxşar xəbərlər
Sumqayıtda qadını müəllim düzəldəcəyi vədi ilə aldadaraq 7 min manatını ələ keçirdi
Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb. Əvvəlcədən tanış olduğu şəxs zərərçəkəni məktəblərin birinə ibtidai sinif müəllimi kimi işə düzəldəcəyi vədi i...