“Lotu Quli”nin qətlinə görə daha bir nəfər saxlanıldı - YENİLƏNİB - 2
Kriminal avtoritet "Lotu Quli"nin qətli ilə bağlı yeni məlumat yayılıb.
BAKU.WS xəbər verir ki, Nadir Səlifovun qətlinə görə daha bir nəfər saxlanılıb. İkinci şəxsin adı Əmir Əhmədlidir. O, da Antalya-Denizli yolunda saxlanılıb. Qeyd edək ki, saxlanılan ilk şəxs "Xan Əhmədlinski" ləqəbi ilə tanınırdı.
"Lotu Quli"yə yerli vaxtla saat 12.00 radələrində "Xan Əhmədlinski" başından atəş açıb. Qan içində yerə yıxılan Səlifov üçün yaxınlıqdakı şəxslər təcili yardım çağırıblar, ona atəş açan şəxs hadisə yerindən qaçıb.
"Qanuni oğru" hadisə yerində ölüb.
***12.10
Tanınmış “qanuni oğru”, “Lotu Quli” ləqəbli Nadir Səlifovun Türkiyənin Antalya kurort şəhərində yaxın ətrafına daxil olan “Xan Əhmədlinski” ləqəbli kriminal avtoritet tərəfindən güllələnməsinin bəzi təfərrüatları məlum olub.
BAKU.WS xəbər verir ki, Nadir Səlifov Antalyanın Serik rayonunda, Boğazkent turizm mərkəzindəki restoranlardan birində “Xan Əhmədlinski” ilə şam yeməyində görüşüb.
Yerli vaxtla saat 12.00 radələrində “Xan Əhmədlinski” hələlik məlum olmayan səbəblərdən ona başından atəş açıb. Qan içində yerə yıxılan Səlifov üçün yaxınlıqdakı şəxslər təcili yardım çağırıblar, ona atəş açan şəxs hadisə yerindən qaçıb.
Xatırladaq ki, "lotu Quli" 2018-ci ildə Azərbaycanda həbsdən buraxıldıqdan sonra Türkiyəyə yerləşib. Lakin daha sonra Türkiyə hüquq-mühafizə orqanları onu saxlayaraq ölkədən deportasiya ediblər. Kriminal avtoritet bir müddət Birləşmiş Ərəb Əmirliklərində və Balkan ölkələrində olub, yenidən, bu dəfə başqa ad-soyadla Türkiyəyə yerləşib. Onun barəsində Rusiya və Ukrayna hüquq-mühafizə orqanları tərəfindən axtarış elan edilmişdi.
***10:30
Kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifov Bakıda son mənzilə yola salınacaq.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, N.Səlifov Bakıxanov qəbiristanlığında (Razin) atasının məzarının yanında dəfn ediləcək.
***09.04
Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyədə qətlə yetirilib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Antalyada şam etdiyi zaman yaxınları tərəfindən sui-qəsdə məruz qalıb.
Bununla bağlı “Anadolu” agentliyi məlumat yayıb.
Onun bir restoranda şam etdiyi şəxs tərəfindən silahla vurularaq öldürüldüyü bildirilir.
“Loti Quli”nin başından 4 güllə yarası aldığı bildirilir. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, onu öldürən şəxs də yaralanıb və hadisə yerindən qaçmağa müvəffəq olub. Ancaq cinayətkar Antalya-Dənizli yolunda polislər tərəfindən saxlanılıb.
Oxşar xəbərlər
“Qanuni oğru”ları niyə eyni gündə öldürdülər? - MÜƏMMA
Azərbaycanlı "qanuni oğru" Nadir Səlifov Türkiyənin Antalya şəhərində qətlə yetirilib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu, son 7 il ərzində Tür...