"Lotu Quli"nin bacısı oğlunu bıçaqladılar: “Qisas alacam”

Lotu Qulinin bacısı oğlunu bıçaqladılar: “Qisas alacam”
Hadisə 3184

Lotu Qulinin bacısı oğlu Maqa Rustavski (Məhəmməd Qurbanov) bıçaqlanıb.

BAKU.WS “lent.az”a istinadən xəbər verir ki, hadisə İstanbuldakı restoranların birində baş verib.

Məlumata görə, dostları ilə birgə əylənərkən restorana Qulinin düşmənlərindən olan "Kvejoviç” ləqəbli "qanuni oğru” (Quram Çixladze) daxil olub.

Maqanı görən "Kvejoviç” və ətrafındakılar dərhal ona hücum ediblər. Nəticədə Maqa Rustavski bir neçə bıçaq zərbəsi alıb.

O, təcili xəstəxanaya çatdırılıb.

Məlumatlı mənbənin Rusiya KİV-ə istinadla verdiyi məlumata görə, baş verənlərdən Quli bərk qəzəblənib və o, qisas alacağını bildirib.

Oxşar xəbərlər

Türkiyədə oğruların toyu - “Lotu Quli” mehriban qarşılanıb (FOTO)

Türkiyədə oğruların toyu - “Lotu Quli” mehriban qarşılanıb (FOTO)

Türkiyənin İstanbul şəhərində kriminal aləmin tanınmış siması olan “Nika Qaqrinski” ləqəbli “qanuni oğru” Nikolay Dqeçuadzenin toyu olub.BAKU.WS “primecrime.ru”...

16164 Hadisə 11:10 11 iyun 2018

Son xəbərlər