"Lotu Quli"nin adından istifadə edən şəxsə HÖKM OXUNDU
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda yaxın qohumuna qarşı dələduzluq etməkdə təqsiləndirilən Vüsal Axundova hökm oxunub və o, 14 il müddətinə azadlıqdan məhrum edilib.
BAKU.WS Report-a istinadla xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, ittihama əsasən, V.Axundov əmisi oğlu, sahibkar Emin Axundova “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun adından istifadə edərək hədə-qorxu gəlib, onun 12 milyon manatlıq pul və əmlakını ələ keçirib.
Xatırladaq ki, N.Səlifov 2020-ci ilin avqustun 19-dan 20-ə keçən gecə Türkiyənin Antalya şəhərində yerləşən hotellərdən birində başından 4 güllə ilə vurularaq öldürülüb.
Oxşar xəbərlər
“Lotu Quli” həbsindən bir gün əvvəl 200 avtoriteti İstanbula niyə toplayıb? – TƏFƏRRÜATLAR
Ötən bazar günü – oktyabrın 7-də İstanbulda Fatehin rayonunun mikrorayonlarından birində, Aksarayda Qafqazdan və Mərkəzi Asiya ölkələrindən olan kriminal avtori...