"Lotu Quli" onun adından istifadə edən avtoritetlərə etiraz edib

19
avq
2019
15:27
"Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı "qanuni oğru” Nadir Səlifov Kutaisidən olan avtoritetlərə etiraz edib.BAKU.WS xəbər verir ki, bu barədə "Praym Kraym" portalı məlumat verib.Məlumata görə, Qoça Alpaidze ("Alfason"), Georgiy Nijaradze ("Qiya"), Merab Qoqiya ("Meliya") və Avtandil Kobeşavidze ("Avto Kopala") erməni əsilli Artur Atabekyana "oğru səlahiyyətləri” verilməsi ilə bağlı həbsxanaya göndərilən "proqon”da (icrası vacib olan göstəriş-red.) "Quli”nin adından istifadə edib.Əvəzində Nadir Səlifov erməniyə heç bir dəstək vermədiyini bəyan edib və adının "proqona” onun izni olmadan yazılmasını qeyd edib."Mənsiz nə istəyirsiniz yazın və edin",- deyə "Lotu Quli" vurğulayıb.
Oxşar xəbərlər
İnterpolun axtardığı Lotu Quli gözlənilmədən Azərbaycana gəldi
Qanuni oğru Nadir Səlifov (Lotu Quli) gözlənilmədən Bakıya gəlib.BAKU.WS axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Vatan CRİME” kanalı yayıb. Qanuni oğru...
