Lökbatanda yaşayanlar 5 gündür susuzdur - SƏBƏB/VİDEO
Paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan bir qrup sakin 5 gündür ki, susuzdur.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə rayonun Vilayət Əsgərov küçəsi bina 20-də yaşayan sakin məlumat verib.
Onun sözlərinə görə, suyun olmaması ilə bağlı dəfələrlə “Azərsu” ASC-yə müraciət etsələr də, problem həllini tapmayıb:
"Bizə deyirlər ki, qısa zamanda həll olunacaq. Amma isti havada susuz qalmaq çox çətindir. Müraciətlərimizdən sonra bizə maşınla su gətirdilər ki, hələlik bundan istifadə edin".
Məsələ ilə bağlı “Azərsu” ASC ilə əlaqə saxladıq.
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, suyun gəlməməsinə səbəb Kür-Bakı magistral su xəttində aparılan profilaktiki tədbirlərdir:
"Bu səbəbdən xəttə verilən suyun təzyiqi azalıb. Hazırda sözügedən rayonun bəzi ərazilərində belə problemlər yaranıb. Biz maşınlarla həmin ərazini su ilə təmin etmişik. Artıq xəttə görülən işlər yekunlaşmaq üzrədir".
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...