“Location”dakı partlayışda məşhur şirkətin meneceri də ağır yaralanıb - FOTO

“Location”dakı partlayışda məşhur şirkətin meneceri də ağır yaralanıb - FOTO
Foto
Hadisə 399

“Location” klubundakı partlayış zamanı daha bir əcnəbinin xəsarət aldığı müəyyənləşib.

BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə zamanı “Location” klubla üzbəüz “Room” restoranın qarşısında dayanan italiyalı iş adamı Miçelle Balleri ağır yaralanıb.

Məlum olub ki, o, Bakıda fəaliyyət göstərən tanınmış neft şirkəti “Saipem”in əməkdaşıdır. İlkin məlumata görə, M.Balleri 8 ilə yaxındır Azərbaycanda çalışır və şirkətin rəhbər şəxslərindən biridir.

Başından zədə alan Miçelle Ballerinin müalicə üçün İtaliyaya göndərildiyi bildirilir.

Hadisə zamanı “Room” restoranının önündə dayanan italiyalı mühəndisin başına partlayışın təsirindən qoparaq uçan taxta dəymişdi. Həmin anın görüntüləri “Room” restoranının təhlükəsizlik kameralarına da düşmüşdü.

Qeyd edək ki, "Saipem" şirkəti Azərbaycanda BP-nin əsas podratçılarından biridir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər