"Location" gecə klubundakı partlayışdan yazan Aysel: "Həyatda qalmağımın üçüncü ilidir"
Yeniliklərdən dərhal xəbərdar olun
Bloger Aysel Şükür 3 il əvvəl "Location" gecə klubunda yaşanan partlayışla bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, o həmin partlayışdan əvvəl və sonrakı görüntülərini paylaşaraq "Bu gün həyatda qalmağımın üçüncü ilidir" deyə bildirib.
Aysel gecə klubundakı partlayışdan sonra ağır yaralanıb. O uzun müddət müalicə alıb.
Həmin gün Aysellə birlikdə Türkiyədə yayımlanan məşhur "İşte benim stilim" proqramının üçüncü sezon iştirakçısı, azərbaycanlı model Təranə Rzayeva (Merlin Təranə) da olub. O da ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Bakıda "Location" gecə klubunda baş vermiş partlayışa görə obyekti icarəyə götürmüş "Merser Food" MMC-nin administratoru Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov həbs edilib. Həbs edilən menecer Orxan Səfərov məkanı qardaşı Elşən Səfərovla birlikdə işlədib.
Xatırladaq ki, 2022-ci il aprelin 3-də "Location" gecə klubunda partlayış baş verib. Hadisə nəticəsində ümumilikdə 4 nəfər həlak olub, 34 nəfər yaralanıb. Partlayış nəticəsində 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib.
Oxşar xəbərlər
14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi
Atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı yeniyetmə qızın zorakılığa məruz qaldığı bildirilir. Hazırda o, sığınacaqda qalır və ilk dəfə təhsil almağa...