Lənkəranskinin rəis qardaşından son xəbər
18
may
2018
10:24
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilmiş kriminal avtoritet Rövşən Lənkəranskinin (Rövşən Canıyev) qardaşı Namiq Canıyev Dövlət Gömrük Komitəsindəki son yerdəyişmələrlə bağlı Keşlə yük stansiyasındakı gömrük postunun rəisi vəzifəsini yaxın günlərdə tərk edəcək.BAKU.WS sputnik.ru-ya istinadən xəbəbr verir ki, bu barədə Canıyevə yaxın qaynaqlardan məlumat əldə edilib.Məlumata görə, ona yeni vəzifə təklif olunub, amma gömrük polkovniki rütbəsi daşıyan Canıyevin hansı vəzifəyə təyin olunacağı hələ məlum deyil.Agentlik "Canıyevə yaxın mənbələrə” istinadən onu da bildirir ki, Namiq Canıyevin Rusiyanın Sankt-Peterburq şəhərində araşdırılan səs-küylü qətl hadisəsi ilə bağlılığı yoxdur. Onun ötən il Sankt-Peterburqda "Lotu Quli”nin adamı Cabir Həsənovu güllələyən və hazırda axtarışda olan killer Camal Həsənova sifariş vermədiyi bildirilir.Xatırladaq ki, bu səs-küylü qətl işi üzrə bu günlərdə Rusiya mətbuatı yazıb. Killerin Bakıdan Namiq Canıyevin sifarişi ilə getdiyi iddia olunub. Həmin Camal Həsənov ötən ilin sonlarında İstanbulda Namiq Canıyevlə birlikdə saxlanılmışdı və daha sonra azadlığa buraxılmışdı.BAKU.WS
Oxşar xəbərlər
Rövşən Lənkəranskinin qardaşı azadlığa buraxılıb
Dünən axşam azərbaycanlı məmur — Dövlət Gömrük Komitəsinin Keşlə gömrük postunun rəisi, 2016-cı ilin avqustunda Türkiyədə qətlə yetirilən “qanuni oğru” Rövşən C...