"Lənkəranski"nin "Lotu Quli"yə görə həbs olunan qardaşı AZADLIQDA

Lənkəranskinin Lotu Quliyə görə həbs olunan qardaşı AZADLIQDA
Hadisə 14858
Dünən İstanbulda keçirilən polis əməliyyatı zamanı saxlanılan Namiq Canıyev azad olunub.BAKU.WS Musavat.com-a istinadla məlumat verir ki, sərbəst buraxılan Namiq Canıyev tezliklə Azərbaycana qayıdacaq. Onun həbsdən buraxılması üçün nüfuzlu adamların məsələyə müdaxilə etdiyi bildirilir.Qeyd edək ki, o, Dövlət Gömrük Komitəsinin Keşlə bölməsinin rəisi vəzifəsində çalışır.N.Canıyevin məşhur kriminal avtoritet Lotu Qulini öldürmək üçün İstanbulda 10 nəfərlə birlikdə hazırlıq gördüyü üçün saxlanıldığı bildirilirdi.Yayılan xəbərə görə, həmin əməliyyatı antiterror polisi keçirib və silahlı qrupa qarşı əməliyyat zamanı küçədə hərəkət dayandırılıb, ticarət mərkəzinə giriş-çıxış kəsilib. Əməliyyatda Namiq Canıyevlə birlikdə tutulanlar bunlardır: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolaq, Orxan Əngin, Hacı Ömər Ərtəkin, Əmre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Dənizçi, Məhməd Səbri Şirin.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər