Rövşən Lənkəranskinin qardaşı gömrükdən qovuldu

Rövşən Lənkəranskinin qardaşı gömrükdən qovuldu
Hadisə 7063
Bakı Baş Gömrük İdarəsinin Keşlə postunun rəisi,qətlə yetrilmiş kriminal avtoritet Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev tutduğu vəzifədən azad olunub.BAKU.WS Avropa.info-ya istinadən xəbər verir ki, Namiq Canıyevin vəzifəsindən çıxarılması ilə bağlı əmr noyabr ayının 17-də verilib.Xatırladaq ki, noyabrın 2-də azərbaycanlı “qanuni oğru” Nadir Səlifova (Lotu Quli ləqəbi ilə məşhurdur) qarşı İstanbulda sui-qəsd cəhdi olub. 11 nəfərdən ibarət killer qrupu N.Səlifovun İstanbuldakı evinə hücum təşkil etmək istəyib. Həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində bütün qrup üzvləri İstanbulun Bakırköy rayonunda yerləşən “Ömür AVM” ticarət mərkəzində saxlanılıb.Killer dəstəsinə öldürülmüş kriminal avtoritet Rövşən Lənkəranskinin qardaşı Canıyev Namiq Rafiq oğlu başçılıq edib.Namiq Canıyev hal-hazırda Türkiyədə həbsdə saxlanılır.BAKU.WS

Son xəbərlər