Lənkəranda "Azərişığ"ın maşınını yandıran şəxs tutuldu
23
avq
2017
13:30
Daxili İşlər Nazirliyi (DİN) Lənkəran Regional Elektrik Şəbəkəsinə məxsus avotomobilin yandırılması ilə bağlı məlumat yayıb.BAKU.WS-in DİN-in saytına istinadən verdiyi məlumata görə, nazirlikdən bildirilib ki, avqustun 22-də Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən kafelərdən birində şəhər sakini Sərvər Məmmədov xuliqanlıq zəminində Lənkəran Regional Elektrik Şəbəkəsinin nəzarətçi mühəndisinə stəkan atıb, kafenin qarşısında olan şəbəkəyə məxsus “Mercedes” markalı avtomobilin üzərinə benzin tökərək onu qismən yandırıb.Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.Məmmədov saxlanılıb.BAKU.WS
Oxşar xəbərlər
Ağır cinayət törədən “Pulya Nəriman” saxlanılıb
Cinayətkar aləmdə "Pulya Nəriman” kimi tanınan şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. BAKU.WS-in Report-a istinadən məlumatına gör...