Ələkbərovun şirkətindən “avtoş olayı” ilə bağlı açıqlama: "Üzr istəyirik" (VİDEO)
Xəbər verdiyimiz kimi, "Lukoyl” şirkətinin vitse-prezidenti Azat Şamsuarovun 20 yaşlı oğlu Ruslan "Mercedes-Benz Gelandewagen” avtomobili ilə Moskvada avtoşluq edib.
Gənc oğlan dostları ilə onu təqib edən polislə "əylənərək” təslim olmayıb və hadisə yerindən çəkilmiş videonu "Periscop”a yerləşdirib. İnsident barədə məlumat video "Youtube” kanalına qoyulandan sonra məlum olub.
"Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, avtomobili idarə edən şəxs, Moskva sakini Məcidov Abduvahoba 15 günlük həbs verilib. Müvafiq qərarı Moskvanın Qaqarin məhkəməsi qəbul edib.
Məcidov polis əməkdaşına qarşı itaətsizlik göstərdiyinə görə cəzalandırılıb.
Məhkəmədə adı açıqlanmayan müfəttiş bildirib ki, hadisə anında plislər sükan arxasında kimin əyləşdiyini öncə müəyyən edə bilməyiblər. Sürücünün kimliyi sərnişinlər "avtoşluq videosu”nu internetə yerləşdirəndən sonra bəlli olub.
Abduvahov etirafında söyləyib ki, onu yol qaydalarını pozmağa dostları təhrik edib, özü isə bunun nəticəsini dərk etməyib.
Onun sözlərinə görə, daha öncədən sürücülük vəsiqəsindən məhrum olub, hazırda nə işləyir, nə də təhsil alır.
Qeyd edək ki, "Lukoyl” şirkəti azərbaycanlı iş adamı Vahid Ələkbərovundur. Şirkətin vitse-prezidenti Azat Şamsuarovun oğlu Ruslan hadisəyə görə üzr istəyib: "Söz verirəm ki, bir daha belə hadisə olmayacaq. Biz bu hadisənin şahidi olan hər kəsdən üzr istəyirik”.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı milyarderin müavinin oğlunun polislə "ölüm yarışı" (VİDEO)
Rusiyanın paytaxtı Moskvada gənclərin yol qaydalarını pozduğunu əks edən görüntülər yayılıb. BAKU.WS-in məlumatına görə, yol qaydalarını kobud şəkildə pozan g...