İlham Əliyev başsağlığı verdi

İlham Əliyev başsağlığı verdi
Hadisə 1692

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro Rusa başsağlığı məktubu göndərib. 

BAKU.WS AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir: 

"Hörmətli cənab sədr,

Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının keçmiş sədri, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, qardaşınız Fidel Kastro Rusun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar sizə, ailənizin bütün üzvlərinə, dost Kuba xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

BAKU.WS

Son xəbərlər