Leysan yağışları Mingəçevir, Yevlax və Göyçayda fəsadlar yaradıb - FOTO

Leysan yağışları Mingəçevir, Yevlax və Göyçayda fəsadlar yaradıb - FOTO
Foto
Hadisə 96

Küləklə müşahidə olunan leysan yağışları Mingəçevir şəhərində və Yevlax rayonunda bəzi fəsadlar törədib.

Mingəçevir şəhərində və Yevlax rayonunda küləklə müşahidə olunan leysan yağışlar yağıb.

Bir neçə obyekti, həyətləri su basıb. Mingəçevir şəhərində və Yevlaxda bir çox küçələrə yağış suları dolub, hərəkətdə qismən çətinlik yaranıb.

Qeyd edək ki, dünən axşam saatlarından yağmağa başlayan güclü yağış və əsən külək Göyçayda da bır sıra fəsadlar yaradıb.

Rayon ərazisində əsən güclü külək irigövdəli ağacları aşıraraq avtomobillərin intensiv hərəkət etdiyi yollarda sürücülər üçün çətin anlar yaşadıb.

Yağışın və küləyin yaratdığı fəsadlar əsasən rayonun Rəsulzadə və Natəvan küçəsində özünü daha çox büruzə verir.

Belə ki, adları çəkilən küçələrədə irigövdəli ağaclar aşaraq şəhərin elektrik təsərrüfatına xeyli ziyan vurub. Hazırda şəhər ərazisinin işıqlanmasında və fərdi evlərə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Bundan başqa, yağan güclü yağış nəticəsində rayon ərazisindən keçən suvarma arxları da daşaraq şəhər ərazisində subasmaya səbəb olub.//Report

Oxşar xəbərlər

Son xəbərlər