Lerikdə meşədə narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Lerikdə meşədə narkotik tərkibli bitkilər yetişdirən 55 yaşlı kişi saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 55 yaşlı Hidayət Zaidov saxlanılıb.
Onun yaşadığı evin həyətində və rayonun Qılqılov kəndindəki meşəlik ərazidə xüsusi qulluq göstərərək yetişdirdiyi ümumilikdə 321 ədəd çətənə bitkisi, əlavə olaraq 1 ədəd qanunsuz saxladığı "İJ" markalı ov tüfəngi aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Göygöldə evdən meyit tapıldı
Göygöl rayonunda yaşlı kişinin meyiti tapılıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb. Belə ki, 1964-cü il təvə...