Lerikdə elektrik cərəyanı vurması nəticəsində ölənlərin kimliyi məlum olub

Lerikdə elektrik cərəyanı vurması nəticəsində ölənlərin kimliyi məlum olub
Hadisə 144

Lerik rayonun Tikəband kəndində elektrik cərəyanı vurması nəticəsində ölən 4 nəfərin şəxsiyyəti müəyyən edilib.

BAKU.WS-ə Lerik rayon prokurorluğundan verilən məlumata görə, bunlar 1941-ci il təvəllüdlü Sərnaz Tahirova, 1973-cü il təvəllüdlü Almagül Tahirova, 1993-cü il təvəllüdlü Şəfa Mirzəyeva və 10 yaşlı M.B-dır (azyaşlının ad və soyadı şərtidir).

Qeyd edək ki, onlar bir ailənin üzvləridir.

Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər