Lerikdə elektrik cərəyanı bir ailənin 4 üzvünü vuraraq öldürüb
23
apr
2023
14:20
Lerik rayonun Tikəband kəndində 4 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Lerik rayon prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, ilkin araşdırma zamanı eyni ailənin 4 üzvünün elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.
İbtidai istintaq davam edir.
Oxşar xəbərlər
"Azərişıq" ASC-nin əməkdaşları barədə cinayət işi başlanılıb
“Azərişıq” ASC-nin əməkdaşları barədə cinayət işi başlanılıb, ibtidai istintaq tamamlanıb. Bu barədə BAKU.WS-ə Qəbələ Rayon Prokurorluğundan məlumat verilib. Be...