11 yaşlı oğlanı "tok" vuraraq öldürüb

11 yaşlı oğlanı tok vuraraq öldürüb
Hadisə 70

İyulun 28-i saat 09 radələrində Qəbələ rayonu, Bum qəsəbəsi ərazisində 2011-ci il təvəllüdlü Aqşin Ağasiyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Bu barədə Qəbələ rayon prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, araşdırmalarla müəyyən edilmişdir ki, Aqşin Ağasiyev çayın kənarından keçən elektrik naqilindən hər iki əli ilə tutan zaman elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölmüşdür.

Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər