Lerikdə 15 yaşlı qızın müəllimi tərəfindən zorlanması ilə bağlı RƏSMİ AÇIQLAMA

Lerikdə 15 yaşlı qızın müəllimi tərəfindən zorlanması ilə bağlı RƏSMİ AÇIQLAMA
Hadisə 854

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda təqsirləndirilən şəxsin məhkəmənin hökmü ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi ilə bağlı informasiyalar yayılıb.

Baş Prokurorluqdan BAKU.WS-ə bildirilib ki, Şəfahət Məmmədovun Cinayət Məcəlləsininnin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanmaqla ittiham aktı 16 iyun 2020-ci il tarixdə Lerik rayon prokuroru tərəfindən təsdiq edilərək iş baxılması üçün aidiyyəti üzrə Lerik rayon məhkəməsinə göndərilib.

Lerik rayon məhkəməsində işə baxılmasında iştirak edən dövlət ittihamçısı çıxışında Şəfahət Məmmədovun Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanskiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının ən yuxarı həddində - 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəməyə təklif edib.

Məhkəmənin 30 iyul 2020-ci il tarixli hökmü ilə Şəfahət Məmmədov Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirli bilinərək ona 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Hökmdən dövlət ittihamçısı tərəfindən Şəfahət Məmmədova təyin edilmiş cəzanın yüngül olması əsası ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya protesti verilib.

Qeyd edək ki, 9-cu sinif şagirdinin hamilə qalması ilə bağlı məsələni “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ictimailəşdirib. Onun sosial şəbəkədəki paylaşımından sonra 15 yaşında düşüncəsi zəif olan uşağın məktəb müəllimi olan 60 yaşlı Məmmədov Şəfahət tərəfindən münasibətə girərək hamilə qalması mətbuatda işıqlandırılmağa başlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər