Lerikdə rayon mərkəzinin əhalisi susuz qalıb

Lerikdə rayon mərkəzinin əhalisi susuz qalıb
Hadisə 1038
 

Lerikdə rayon mərkəzinin əhalisi susuz qalıb.

BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, rayon mərkəzini içməli su ilə təmin edən boru xəttində qəza baş verib. Zuvand ərazisindən rayona çəkilən içməli su xəttinin təzyiqə tab gətirməyərək sıradan çıxdığı bildirilir. 

Sakinlərin sözlərinə görə, belə hallar tez-tez baş verir: "Hər dəfə qəza baş verəndən sonra yayın qızmarında susuz qalırıq. Məcbur olub marketlərdən qablaşdırılmış içməli su alırıq. Bəzi sakinlər isə su maşınlarının gəlməsini gözləyirlər. Bu kimi hallar yay aylarında daha çox olur".

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakı və Abşeron sakinləri təşvişdə: İçməli suda virus var?

Bakı və Abşeron sakinləri təşvişdə: İçməli suda virus var?

Bakıda və Abşeron rayonunda içməli suyun insanlar üçün təhlükəli olmasına dair məlumatlar yayılıb. BAKU.WS Ölkə.Az-a istinadən xəbər verir ki, bu barədə inform...

13395 Sosial 23:23 10 iyun 2017

Son xəbərlər