Lerikdə namus üstündə atanı baltaladılar, oğlunun qulağını kəsdilər (FOTO)
Lerik rayonunun Veri kəndində qonşular arasında kütləvi dava düşüb. Hadisə otlaq sahələri üstündə gedən münaqişə zəminində baş verib.
BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə bu gecə saat 4 radələrində qeydə alınıb. H.İsayevin yaşadığı evə 5 nəfər qonşu hücum edib. Kütləvi dava zamanı iki nəfər ata və oğul xəsarət alıb. Bunlar 72 yaşlı Hüseyn və onun oğlu 37 yaşlı Rafael İsiyevlərdir. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Lənkəran RMX-dan bildirilib ki, Lerik rayonundan iki nəfər ağır vəziyyətdə xəstəxanaya daxil olub: "Xəstələrdən biri baş, ayaq və bədəninin müxtəlif nahiyələrindən kəsici və küt alətlərlə xəsarətlər alıb. Digər yaralının isə hər iki qulağı kəsilib".
Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.
ANS PRESS-in məlumatına görə, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 72 yaşlı Hüseyn İsayev Lerik rayonunun Veri kənd icra nümayəndəliyinin tərkibinə daxil olan Hüsəkəran kənd sakinidir. Hüseyn kişi iddia edir ki ,bu gün səhərə yaxın, təqribən saat 4-5 arası həmkəndliləri və əmisi uşaqları onların evinə baqsın edib.
Qulağı kəsilən Rəfael İsiyevin sözlərinə görə, hücumçuları ilk olaraq anası görüb. "Birdən gördüm anam qışqırır. Mən çıxan kimi tutub yıxaraq qulaqlarımı kəsdilər. 4 min manat pulumu, telefonumu da apardılar".
Həkim travmatoloq Emin Səfərov xəstələrə ilkin yardım göstərildiyini deyib. Xəstələr ilkin yardımdan sonra Bakıya göndəriləcək.
Hadisəni araşdıran Lerik rayon polis şöbəsindən əldə etdiyimiz məlumata görə, ailələr arasında münaqişə illərdir ki, davam edir. Zərərçəkən tərəfin iddiasına görə, bugünkü basqında Sulduz, Elduz, Natiq Əliyevlər, Bəybala və Xanlar İsiyevlər iştirak edib.
Hazırda rayon polis şöbəsinin əməliyyatçıları onların saxlanılması istiqamətində əməliyyat tədbirlərini davam etdirsə də hələ ki, saxlanılan yoxdur.
Kənd sakinlərinin verdiyi məlumata görə, ailələr daxilindəki münaqişəyə səbəb ot çalımı, çəpər davası yox, namus söhbəti olub. Qarşı tərəf Rəfaeli Rzaxan kişinin qızına sataşmaqda günahkar bilərək cəzalandırıb.
Hadisənin baş verməsinin dəqiq təfərrüatları rayon polis şöbəsində aparılan araşdırma nəticəsində bəlli olacaq.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda məktəb direktoru qonşusunu bıçaqlayıb (FOTO)
Lerik rayonunda məktəb direktoru qonşusunu bıçaqlayıb. BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, hadisə ötən gecə rayonun Veri Əliabad kəndində baş...