Lənkərandakı avtobus qəzasının dəhşətli görüntüləri - VİDEO
29
avq
2019
10:11
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Lənkəran rayonunda ağır yol qəzası baş verib.BAKU.WS-in bölgə müxbiri həmin dəhşətli kadrları təqdim edir:Qeyd edək ki, hadisə Bəleton kəndində qeydə alınıb.62 yaşlı Ələmdar Ağayevin idarə etdiyi "PAZ" markalı sərnişin avtobusunun əyləcində yaranan nasazlıq səbəbindən nəqliyyat vasitəsi yoxuşdan geriyə qayıdıb və yaşayış evinin həyətinə aşıb.Nəticədə sürücü - Ələmdar Şahvəli oğlu Ağayev hadisə yerində ölüb.Qəza zamanı həmçinin Yusubova Sevda Şirəli qızı (1981), Yusubova Aycan Məhərrəm qızı (2006), İbrahimov Rahim Şamməd oğlu (2008), İbrahimova Şölə Filağa qızı (1972), Cəfərli Milana Qılman qızı (1997),Seyfullayeva Pərvanə Vahab qızı (1977), Zamanova Şəfəq Cəsail qızı (1990), Qasımova Aytəkin İsaq qızı (1964), Sadıqova Rəisə Canəli qızı (1957), Muradova Kifayət Xeyrulla qızı (1983), Muradova Südabə Muxtar qızı (1972),Ağayeva Məryəm Məzahir qızı (1974), Rəhimova Adilə Məmmədağa qızı (1966), Quliyev Mirələm Baloğlan oğlu (1957), Əliyeva Göyçək Mehrəli qızı (1984), Novruzov Yusif Zamin oğlu (2013), Ağayev Hafiz Allahverdi oğlu (1982), Hüseynova Səbinə Rizvan qızı (2001),Ağayeva Rəfiqə Miri qızı (1949), Ağayeva Sevinc Vəliağa qızı (1978), Ağayeva Sevgiyyə Əzim qızı (2001), Ağayeva Ülviyə Əzim qızı (2004), xəsarət alıblar.Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 23-ü Travmatologiya şöbəsinə, bir qadın isə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.Lənkəran rayonunda baş verən ağır yol qəzası zamanı xəsarət alanlardan 10-u müalicələrini rayon xəstəxanasında davam etdirəcək. Digər yaralılar ambulator müalicəyə buraxılıblar.
Oxşar xəbərlər
Nazirlik Lənkərandakı qəza ilə bağlı məlumat yaydı (YENİLƏNİB)
Səhiyyə Nazirliyi Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, baş verən qəza nəticəsində sürüc...