Nazirlik Lənkərandakı qəza ilə bağlı məlumat yaydı (YENİLƏNİB)
28
avq
2019
23:47
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Səhiyyə Nazirliyi Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, baş verən qəza nəticəsində sürücü yerindəcə dünyasını dəyişib:"24 nəfər müxtəlif xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 23-ü travmatologiya şöbəsinə, bir nəfər qadın isə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib". 22:00Lənkəran rayonunda baş verən ağır yol qəzası zamanı ölən və xəsarət alanların kimliyi məlum olub.BAKU.WS-ə istinadən xəbər verir ki, Bəleton kəndində qeydə alınan qəza zamanı sürücü - Ələmdar Şahvəli oğlu Ağayev (1957-ci il təvəllüdlü) hadisə yerində ölüb.Qəza zamanı həmçinin Yusubova Sevda Şirəli qızı (1981), Yusubova Aycan Məhərrəm qızı (2006), İbrahimov Rahim Şamməd oğlu (2008), İbrahimova Şölə Filağa qızı (1972), Cəfərli Milana Qılman qızı (1997), Seyfullayeva Pərvanə Vahab qızı (1977), Zamanova Şəfəq Cəsail qızı (1990), Qasımova Aytəkin İsaq qızı (1964), Sadıqova Rəisə Canəli qızı (1957), Muradova Kifayət Xeyrulla qızı (1983), Muradova Südabə Muxtar qızı (1972), Ağayeva Məryəm Məzahir qızı (1974), Rəhimova Adilə Məmmədağa qızı (1966), Quliyev Mirələm Baloğlan oğlu (1957), Əliyeva Göyçək Mehrəli qızı (1984), Novruzov Yusif Zamin oğlu (2013), Ağayev Hafiz Allahverdi oğlu (1982), Hüseynova Səbinə Rizvan qızı (2001), Ağayeva Rəfiqə Miri qızı (1949), Ağayeva Sevinc Vəliağa qızı (1978), Ağayeva Sevgiyyə Əzim qızı (2001), Ağayeva Ülviyə Əzim qızı (2004), xəsarət alıblar.21:11Lənkəran rayonunda yol qəzası baş verib. BAKU.WS xəbər verir ki, hadisə Bəleton kəndində qeydə alınıb. Belə ki, sərnişin avtobusu yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. İlkin məlumata görə, 10-dan çox sərnişin xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəzaya avtobusun əyləc sistemində yaranan nasazlığın səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Daha bir mikroavtobus qəzası - FOTO
Şəki rayonunda yol qəzası baş verib. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən h...