Lənkəranda yük və minik avtomobilləri toqquşub

Lənkəranda yük və minik avtomobilləri toqquşub
Foto
Hadisə 35

Lənkəranda yük və minik avtomobiləri toqquşub.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının 207-ci km-də, Lənkəran rayonunun Gərmətük qəsəbə ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Ford" markalı yük avtomobili, "Vaz-2104" markalı maşınla toqquşub. Qəza nəticəsində "Vaz-2104" markalı maşının sürücüsü Lənkəran rayonunun Gərmətük qəsəbə sakini 1976-cı il təvəllüdlü Natiq Mirzəbaba oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Həkimlər yaralının vəziyyətini orta-ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Tovuzda avtomobil işıq dirəyinə və ağaca çırpılıb, sürücü ölüb

Tovuzda avtomobil işıq dirəyinə və ağaca çırpılıb, sürücü ölüb

Tovuz rayonunun Düz Cırdaxan kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Ford" markalı yüngül tic...

9 Hadisə 09:09 16 avqust 2026

Son xəbərlər