Lənkəranda narkokuryer 13 kiloqram marixuana ilə ələ keçdi
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, tədbirlərlə əvvəllər də eyni əmələ görə məhkum edilmiş Ruslan Ramazanlı saxlanılıb. Ondan sosial şəbəkədə tanış olduğu xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdiyi 13 kiloqram marixuana aşkarlanıb.
Araşdırmalarla R.Ramazanlının narkokuryerliyə cəlb edildiyi və marixuananı maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.
Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Lənkəranda 3 yaşlı uşağın atalığı tərəfindən döyüldüyü bildirilir, araşdırma başlanılıb
Lənkəranda 3 yaşlı uşaq fiziki zorakılığa məruz qalıb. BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə bu səhər şəhər ərazisində qeydə alınıb. Belə ki, 2023-cü...